Yanvarın 28-də Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.
Onun sözlərinə görə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların həcmini 15 milyon tona çatdırmağı hədəfləyirlər: “Ümid edirəm ki, yanvarın 28-də Moskvada keçiriləcək görüşdə hər üç ölkə Şimal-Cənub dəhlizi çərçivəsində tranzit fəaliyyətinin inkişafı ilə bağlı müvafiq razılaşmalar əldə edəcək”.
O, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsinin 20 faiz artaraq 580 milyon dollar təşkil etdiyini qeyd edib.