19:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT/DTİHB müşahidəçiləri Belarusda keçiriləcək prezident seçkilərini gəlib izləyə bilərlər, hələ vaxtları var".

Teleqraf.com xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyinin nümayəndəsi Anatoli Qlaz bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, DTİHB-ə müvafiq dəvət göndərilib və bu, yanvarın 17-də büro tərəfindən təsdiqlənib.

"Onların hələ də gəlmək imkanları var" - Qlaz bildirib.

Qlaz həmçinin deyib ki, seçkiləri izləmək üçün 49 ölkədən 450-dən çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib, ona görə də ATƏT müşahidəçilərinin gəlişi prinsipial əhəmiyyət kəsb etmir.


Müəllif: Arzu

Oxşar xəbərlər