Azərbaycanla İran “Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.
Teleqraf.com IRNA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında razılıq əldə olunub.
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq iclasda bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.
Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma dəhliz layihəsinin inkişafına və tamamlanmasına kömək edir.