Moldova təmsilçiləri “Avroviziya-2025” müsabiqəsində iştirak etməyəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Moldova 1" telekanalında musiqiçilər arasında seçim aparan rejissor Korneliu Durnesku məlumat verib.
“Qərar asanlıqla qəbul edilmədi, lakin indiki vəziyyətdə zəruri idi. Builki seçimlərdə müəyyən problemlər yarandı. Tamaşaçı marağı azalıb, mahnıların və ifaların ümumi keyfiyyəti aşağı düşüb”, - rejissor bildirib.
Durnesku əlavə edib ki, respublika nümayəndələrinin müsabiqədə iştirakı xeyli xərc tələb edir. Direktor eyni zamanda hazırda Moldovada iqtisadi çətinliklərin yarandığına diqqət çəkib.
Xatırladaq ki, “Avroviziya-2025” mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində keçiriləcək .