22 Yanvar 20:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Kartalkaya dağ-xizək kurortunda 79 nəfərin öldüyü yanğınla bağlı vəzifəli şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini yanğınla bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar. Bununla da eyni iş üzrə həbs edilənlərin sayı 11-ə çatıb.

Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib. Hadisə nəticəsində 79 nəfər ölüb, 50 nəfərdən çox şəxs müxtəlif dərəcədə xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər