Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvilinin işi üzrə məhkəmə araşdırması davam edir.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi şəhər məhkəməsinin bugünkü iclasında sübutların qəbuledilməzliyi, həmçinin işin mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib-göndərilməyəcəyinə qərar veriləcək.
İclasda A.Elisaşvili də iştirak edir. O, özünü təqsirli bilmir.
Müxalifətçinin vəkili Zviad Kordzadze bildirib ki, işdə siyasi zəmində təqibi sübut edən dəlil yoxdur.
Xatırladaq ki, A.Elisaşvili ötən il dekabrın 2-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı zorakılıq əməli törədib. Dekabrın 5-də həbs edilən müxalifətçiyə qarşı Baş Prokurorluq siyasi təqib ittihamı irəli sürmüşdü. Tbilisi şəhər məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. Müxalifətçi dekabrın 14-də Tbilisi şəhər məhkəməsinin qərarı ilə 4 min lari girov müqabilində azadlığıa buraxılıb.