Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən A.Rzazadə və N.Nəsirli saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bundan əlavə, həyata keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini içkili vəziyyətdə, eləcə də müvafiq sənədləri olmadan idarə edən daha 9 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb olunublar.