Yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.