Türkiyənin “Fənərbağça” klubu yeni transferini açıqlayıb.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa PSJ-sindən Milan Şkrinyarı heyətinə qatıb. 30 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
Şkrinyarın PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Milan Şrkinyar cari mövsüm ərzində Paris klubu ilə cəmi 5 oyunda iştirak edib.