30 Yanvar 19:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar quruma daxil olmuş müraciətlərə baxıb.

Teleqraf.com xəbər verir ki, sözügedən məsələ ilə bağlı MSK-nın iclası baş tutub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 72 saylı Cəlilabad Kənd Seçki Dairəsinin Şləvəngi bələdiyyəsi üzrə namizəd olmuş İsmayıl Nuriyevin şikayətinə baxılıb.

Qeyd olunub ki, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına (DSK) təqdim olunmalıdır. Sözügedən şikayət DSK-ya göndərilib.

72 saylı Cəlilabad Kənd Seçki dairəsinin Üçtəpə bələdiyyəsindən namizəd Əlqismət Cəfərovun da oxşar şikayətinə baxılıb. Vurğulanıb ki, bu müraciətə də ilkin olaraq DSK baxmalıdır.

Həmçinin 115 saylı Şəki Kənd Bələdiyyəsi üzrə daxil olan şikayət üzrə də oxşar qərar verilib.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər