Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Nazirlikdən bildirilib.
Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Pakistanda yol-nəqliyyat sahəsində həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb.