Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi teleqram kanalında hərəkatın nümayəndəsi Abdel Lətif əl-Kanuan məlumat verib.
“Sazişin həyata keçirilməsinin ikinci mərhələsi üzrə təmaslar və danışıqlar başlayıb. Hərəkat hazırda Fələstin anklavının əhalisinə mənzil və humanitar yardımların verilməsi, eləcə də Qəzzanın yenidən qurulması ilə bağlı narahatlıq keçirir", - məlumatda belə qeyd olunur.
Bundan əvvəl İsrailin baş nazirinin dəftərxanası ölkənin həftənin sonuna qədər Qətərə işçi səviyyəli nümayəndə heyəti göndərəcəyini, Benyamin Netanyahunun ABŞ-dən qayıtdıqdan sonra İsrailin mövqeyini müzakirə etmək üçün təhlükəsizlik kabinetini toplayacağını bildirmişdi.
Xatırladaq ki, fevralın 1-də İsrailin baş nazirinin ofisi Netanyahunun ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Witkoff ilə fevralın 3-də Vaşinqtonda Qəzza razılaşmasının növbəti mərhələsi üzrə danışıqlara başlamaq barədə razılığa gəldiyini demişdi.