20:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizi “Avroviziya 2025” mahnı müsabiqəsində təmsil edəcək qrup açıqlanıb.

Bu barədə Teleqraf.coma-a Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova məlumat verib.

"Azərbaycan Bazeldə keçiriləcək 69-cu Avroviziya mahnı müsabiqəsində çıxış edəcək nümayəndəsi bildi. Bu il ölkəmizi öz dinamik ruhu ilə fərqlənən Mamagama qrupu təmsil edəcək. Qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.
2021-ci ildə yaradılan Mamagama Azərbaycanın musiqi səhnəsində ən yenilikçi qruplardan biri olaraq özünü təsdiq edib. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən Kënga Magjike Beynəlxalq Musiqi Festivalında tamaşaçıların qəlbini fəth edərək uğur qazanıb", - məlumatda belə qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər