14 Sentyabr 2020 01:36
8 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real TV xalq yazıçısı, AYB sədri Anarın “Profil”inin ikinci hissəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, verilişdə Anar “Dədə Qorqud” ssenarisini yazması, buna qarşı tanınmış qorqudşünasın 20 səhifəlik etiraz məktubu göndərməsi, nəhayət, akademik Həmid Araslının təqdimatı ilə ssenarinin qəbul olunmasından, daha sonra isə Moskvada yaradılan maneələrdən danışıb.

Eyni zamanda, filmin rejissoru Tofiq Tağızadə ilə mübahisələrindən bəhs edib.

Anar həmçinin siyasi proseslərə qatılması səbəbinə də aydınlıq gətirib. Bildirib ki, Qarabağ hadisələri başlayarkən ilk təkliflərini səsləndirib, Dağlıq Qarabağ Muxtar Vilayəti müqabilində Ermənistanda da 200 mindən artıq azərbaycanlı üçün muxtar qurum tələb edib. Lakin buna qarşı Azərbaycan rəhbərliyi özü çıxış edib.

Anar qeyd edib ki, ikinci təklifi Ermənistandan qovulan azərbaycanlıların Qarabağda yerləşdirilməsi ilə bağlı olub. Bu halda ermənilərin Qarabağ iddiasının birdəfəlik həll ediləcəyinə inandığını bildirib.

Verilişin tam videosunu təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər