30 Sentyabr 2021 14:17
2 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-si Bakı İdman Sarayında Aqşin Evrən və Xəzər Süleymanlının “Ayrılıqların təkrarı” romanının imza günü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, imza mərasimi saat 14:00-dan 17:00-a qədər davam edəcək.

Tədbir Milli Kitab Satış-Sərgisi çərçivəsində keçirilir və imza gününə hər kəs dəvətlidir.

Qeyd edək ki, Nitsşenin “əbədi təkrar” ideyasının konturları əsasında yazılan “Ayrılıqların təkrarı” romanında eyniliyin müxtəlif çalarları əks olunub.

Əsərdə iki əsrlik sirrin izinə düşən tarixçi özünü tamam fərqli bir dünyada tapır. Bundan sonra onun həyatında qəribə hadisələr yaşanır. Bu qəribəliklərin mərkəzində isə sevdiyi qadın və onun çəkdiyi rəsmlər var. Onların sevgisi çətin və bir o qədər də ağlagəlməz sınaqlar qarşısındadır.

Hər şeyin bitməyə məhkum olduğu bir vaxtda isə gözlənilməz tanışlıq baş verir. Bu tanışlıqdan sonra tarixçini daha çıxılmaz, əsrarəngiz olaylar izləyir.

Tarixçi iki əsrlik sirri açmaqda qərarlıdır, lakin bu yolda ona mane olmaq istəyən gizli qüvvələr var...


Müəllif: Teleqraf.com