8 Oktyabr 13:23
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni kilsəsi və sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Rusiyadan gələn təlimatlarla hərəkət edirlər.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.

Ekspert kilsənin hələ də Nikol Paşinyan hökumətinə qarşı mövqeyini dəyişmədiyini bildirib:

“İnanıram ki, bu prosesə (hökuməti devirmək cəhdlərinə) öz təşəbbüsləri ilə qoşulmayıblar. Həmçinin pərdə arxasında heç nəyin hamar olmadığını, hərəkatın arxasında duran qüvvələr və simaların bir çox məsələlərdə ziddiyyətlərə malik olduğunun fərqinə varırlar. Demək istədiyim odur ki, ikinci və üçüncü prezidentlər (Köçəryan və Sərkisyan) arasında fikir ayrılıqları var, onların birləşdiyini düşünmürəm. Kilsənin mübarizəni davam etdirdiyini göstərməsi isə xarici sponsorlar üçündür. Yəni onlara dəstək verən Mariya Zaxarovaya göstərmək istəyirlər ki, geri çəkilməyiblər”.

Dallakyanın sözlərinə görə, yenidən keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı fəallaşdıran Rusiyadır. Onun fikrincə, bu barədə kilsəyə göstəriş məhz Moskvadan gəlib.

Bununla belə, Dallakyan hesab edir ki, qarşıya qoyulan məqsədlərə nail ola bilməyən Qalstanyan həmkarı Mikael Ajapaxyanla əvəzlənəcək:

“Düşünürəm ki, Ajapaxyan meydana çıxmaq istəmir, amma ona “çıx” deyiblər. Bəzi dairələr bu hərəkatdakı paylarını artırmaq üçün indi də Ajapaxyanı oynatmağa çalışırlar. Qalstanyan iddia edir ki, onunla arasında heç bir problem yoxdur, amma əminəm ki, var”.

Qalstanyanın ötən həftəsonu İrəvanda keçirdiyi mitinq azsaylı elektoratın iştirakı ilə bitib. Revanşist hərəkat sabah yenidən paytaxtda meydana çıxmağa hazırlaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər