3 İyul 2014 19:35
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Startap layihəsi çərçivəsində “Startap Azrbaycan 2014” müsabiqəsinin finalçıları məlum olub.

Finala çıxan 6 komanda Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunub.

Nömrələrin daşınması ilə bağlı gözlənilən böyük daşınmalar olmasa da, hər şey qaydasındadır. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, bu il fevralın birindən tətbiq edilən nömrə daşınması xidməti mobil operatorlar arasında rəqabət mühitinin sağlamlaşdırılmasına xidmət edir. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verir.

Əli Abbasovun sözlərinə görə, hər bir operator bilir ki, o, keyfiyyət, qiymətdə müəyyən problem yarana bilsə, istənilən qısa, müddət ərzində abonent operatoru dəyişə bilər.

Bundan başqa, Ə. Abbasov orbitə çıxarılması planlaşdırılan Azərbaycanın yer səthinin müşahidə peyki haqqında da danışıb. Peyk üçün tenderin vaxtı bir neçə ay uzadılıb.

Əli Abbasov deyir ki, burada olduqca yüksək keyfiyyətli peykdən söhbət gedir: “Sentyabr ayında yəqin ki, tender başa çatacaqdır. Digər tərəfdən də son zamanlar Fransa ilə “Airbus and Diffense” kompaniyası ilə aparılan əməkdaşlıq onlar üçün digər bir layihə üzərində işləməyi sürətləndirib”.

Bu layihə çərçivəsində "Azərkosmos"la Fransanın “Airbus Defence and Space” şirkəti iyunun 30-da “SPORT-7” yer səthini müşahidə peykini orbitə çıxrıb. Həmin peykin idarəçiliyinin “Azerkosmos”ASC-yə verilməsi istiqamətində də danışıqlar aparılır.

/ans press/


Müəllif:

Oxşar xəbərlər