5 İyul 2014 12:40
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatına ev sahibliyi edən Braziliyadan bir sıra xarici şirkətlər şikayət edirlər.

Mundialın açılışında istifadə edilən kürə şəklində səhnənin pulu istehsalçı şirkətə hələ də ödənilməyib. Belə ki, açılış mərasimində Pit bull, Cenifer Lopez və Klaudiyo Leytenin çıxış etdiyi kürə şəklində olan səhnə Belçikada bir şirkət tərəfindən hazırlanıb və qiyməti 250 min avrodur. Lakin bu pul hələ də şirkətə ödənilməyib. Hündürlüyü 7 metrə çatan kürədən, 13 iyulda bağlanış mərasimində də istifadə ediləcək. İstehlaçı şirkət isə Braziliya Təşkilat Kommitəsindən pulun tez bir zamanda ödənilməsini tələb edir.

/qafqazinfo/


Müəllif: