9 İyul 2014 12:06
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd peyğəmbərin (s.ə.s) jiletinin sarıldığı Destimal-i Şərif (dəsmal) tapılıb.



Destimal-i Şərif Bursa Şəhər Muzeyində sərgilənən Çengiç Bəyləri sərgisindəki bir barıt qutusundan çıxıb. Sözügedən dəsmal Bosniya və Herseqovina Sancak bəylərindən Heydər Çengiçin barıt qutusunda təsadüfən tapılıb.

Barıt qutusunda bir dəsmal tapan Bursa Şəhər Muzeyi səlahiyyətləri nə olduğunu anlaya bilmədikləri əmanəti araşdırılmaq üzrə Topqapı Sarayına göndərib.

Topqapı Sarayında edilən araşdırmadan sonra dəsmalın Osmanlı Sultanı 2-ci Əbdulhəmid Xan tərəfindən Bosniya və Herseqovina Sancak bəylərindən Heydər Çengiə hədiyyə edilmiş Destimal-i Şerif olduğu müəyyən edilib.

Qeyd edək ki, Topqapı Sarayında Məhəmməd peyğəmbərin (s.ə.s) jileti var. Bu jilet Ramazan aylarında padşahlar tərəfindən çıxarılaraq ən yaxınlarına öptürülürdü. Zamanla zərər görməsin deyə jilet xüsusi hazırlanmış peyğəmbəri tərifləyən yazıların olduğu dəsmala bükülüb. Padşah bu Destimal-i Şərifi ən yaxınlarına hədiyyə edərmiş. Sultan Əbdulhəmid Xan vaxtilə Bosniya və Herseqovina Sancak bəylərindən Heydər Çengiçə bu dəsmalı hədiyyə edib.

Çengiçlər Osmanlı İmperatorluğu tərəfindən Bosniya Herseqovinaya göndərilən və 5 əsr Osmanlı dövlətinin nümayəndəsi olan bir ailədir.

/ans press/


Müəllif:

Oxşar xəbərlər