Bir neçə gün öncə ermənilər tərəfindən Kəlbəcər rayonundə girov götürülən Dilqəm Əsgərovun ailəsi Müdafiə Nazirliyində olub.
Bu barədə Dilqəm Əsgərovun həmkdənlisi Yusif Əsgərov məlumat verib. Onun sözlərinə görə, D.Əhmədovun ailəsi Müdafiə Nazirliyin müraciət edərək onun girovluqdan azad edilməsi üçün general-polkovnik Zahir Həsənovdan kömək istəyiblər.
“Dilqəm terrorçu deyil ki, deyəsən qaçır gedir. Onun əzizlərinin qəbri oradadır, özü orada doğulub böyüyüb. Gedib ziyarət edir, burada nə qəbahətli iş var?”.
Qeyd edək ki, Kəlbəcərin Şaplar kəndində dünyaya gələn, hazırda Rusiya vətəndaşı olan Dilqəm Əhmədov erməni silahlı qüvvələri tərəfindən girov götürülüb. Erməni mətbuatı onun Kəlbəcərdə lentə alınan videogörüntülərini yayıb.
Düşmən tərəfi onun diversant olduğu barədə məlumatlar yaysa da Müdafiə Nazirliyi bunu təkzib edib
/azvision/