17 İyul 2014 12:39
2 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Respublika mediasında Qərb bölgəsində cüzam xəstəliyinin azalması ilə bağlı məlumat yayılıb.

Məlumatda deyilir: “Gəncənin Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasından verilən məlumata görə, Qərb bölgəsində, əvvəlki dövrlərlə müqayisədə cüzam xəstəliyinə tutulanların sayı təxminən 10 faiz azalıb.

Xəstəxananın həkimi Azad İsmayılovun bildirdiyinə görə, 2013-cü ildən Gəncə və ətraf rayonlarda 20-dək cüzamlı xəstə qeydiyyata alınıb: «Xəstəlik əvvəlcə əlamətini göstərmir. Əlamətlər üzə çıxanda bizə müraciət edirlər, biz də dərhal onları Bakıya göndəririk».

Gəncənin baş epidemioloqu Almaz Tomiyevanın verdiyi məlumata görə, son 35-40 il ərzində Qərb bölgəsində və Gəncədə bir nəfər də olsa cüzam xəstəliyinə yoluxan olmayıb. “ Bəzi KİV-lərin verdiyi bu məlumat tamamilə səhvdir” deyə Almaz Tomiyeva bildirib.

Respublika Cüzam Xəstəxanasının baş həkimi Vidadi Əliyev də məsələ ilə bağlı bildirib ki, ümumiyyətlə son 35 ildə respublikada cəmi 4 nəfər cüzam xəstəsi aşkarlanıb ki, bunlardan da biri Azərbaycan vətəndaşı deyil: “ Respublikada cəmi 41 cüzam xəstəsi var ki, bunlardan 14 nəfəri təcrid edilmiş şəkildə xəstəxanada yatır, digərləri isə dispanser qeydiyyatındadır”.

Həkim onu da bildirib ki, proqnozlaşdırmaya görə yaxın 10-15 il ərzində ümumiyyətlə Azərbaycanda bir nəfər də olsa cüzam xəstəsi olmayacaq.

/Regionsesi.az/


Müəllif:

Oxşar xəbərlər