18 İyul 2014 16:20
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan etibarən Bakıda, Dövlət Bayraq Meydanında bayrağımız endiriləcək.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azərinin verdiyi məlumata görə, sabah (19.07.2014) günorta saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən, sabah günorta saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək”, - deyə Hüseyn Azərin bildirib.

Qeyd edək ki, ötən ayın 22-də Bakıda küləyin güclənməsi nəticəsində dövlət bayrağı cırılmışdı.

/ans press/


Müəllif: