Kult.az və ANN.az saytlarının baş redaktoru, yazar Zahir Əzəmət bəzi layihələrini satmaq qərarına gəlib.
Bu barədə yazarın özü Feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında məlumat verib.
O, status yazaraq iş çoxluğundan və vaxt azlığından bu addımı atdığını bildirib:
“Dostlar, bəzi projeləri satmaq qərarına gəlmişəm. Mənim üçün çox doğma olan, ölkənin ilk mədəniyyət portalı, 7 yaşlı “Kult.az” saytından başlayaq.
Satılma səbəbi:
1. İş çoxluğu, vaxt azlığı
2. Saytı başqa əllərdə olsa belə, daha güclü görmək istəyi
Start qiymət: 15 min manat
QEYD: Təklif 1 həftə qüvvədədir, sonra fikrim dəyişə bilər”.
Z.Əzəmət domen axtaran adamlara da təkliflər verib: “Domen axtaranlar üçün də maraqlı təkliflərim var: Xeber.com, Agentlik.az, Vitrin.Az, Azr.az və s”.
/axar.az/