Avstraliyada dəhşətli yanğın hadisəsi baş verib.
Alınan məlumata görə, “Liverpul” azarkeşi olan ailənin evi tamamilə yanıb. Hətta ailəyə məxsus heç bir əşyanı da xilas etmək mümkün olmayıb.
Təkcə birindən başqa. Daha doğrusu, yanğından sonra məlum olub ki, ailə başçısının “Liverpul” klubuna məxsus üzvlük kartı yanğından zərər görməyib.
/publika.az/