“Azərbaycan hakimiyyəti özünün Dağıstandakı maraqlarını Moskva və Mahaçqala vasitəsilə lobbiləşdirir”.
Bu açıqlama ilə Dağıstan deputatı Musa Musayev çıxış edib. O, Bakıya münasibətdə Dağıstan məmurlarının ehtiyatlı addım atmasının səbəblərinə də toxunub:
“Dağıstan məmurları artıq qonşu ölkənin maraqlarını qorumağa çalışırlar, onların əleyhinə olan fikir səsləndirmirlər. Bəs görəsən, Dağıstan rəhbərliyi və mətbuatının Azərbaycana belə münasibətinin səbəbi nədir?”
Musa Musayev bunu birbaşa iqtisadi amillərlə izah edib:
“Birincisi, münasibətlərin soyuması azərbaycanlı investorları qorxudaraq, onların Dağıstan iqtisadiyyatına investisiya qoymasının qarşısını alar. İkinci, Dağıstan elitasının nümayəndləri öz pullarını əminlik üçün Azərbaycanda saxlayırlar”.
/axar.az/