Suriya və İraqı qan gölünə çevirən terror təşkilatı İŞİD-in Mosulun işğalından öncə İstanbulda toplaşdığı ortaya çıxıb.
Məlumata görə, toplantının 28 fevral - 2 mart tarixləri arası baş tutduğu bildirilir. Gizli yığıncağa KDP-dən (Kürdüstan Demokrat Partiyası) də bir nümayəndənin qatıldığı məlum olub.
Türkiyənin “Aydınlıq” qəzetinin verdiyi xəbərə görə, İŞİD-ə dəstək verən qruplar bu tarixlərdə xüsusi xidmət orqanlarının müşayiəti ilə İstanbulda yerləşən bir oteldə gizlicə bir araya gələrək planlaşdırma aparıb. Qəzetin yazdığına görə, eyni qruplar, İstanbul görüşünün ardınca 1 iyun tarixində İordaniyanın paytaxtı Əmmanda görüşərək “düyməni basıblar”. Bir həftə sonra isə İŞİD Mosula girib.
/axar.az/