25 Sentyabr 2017 21:11
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Tuzhurmatu bölgəsində əksəriyyəti türkmənlərdən ibarət olan "Haşdi Şabi" ilə peşmərgə arasında silahlı qarşıdurma yaşanıb.

Teleqraf.com xəbər verir ki, Kərkükdə yaşayan türkmənlərin yaydığı məlumata görə, atışma zamanı 2 peşmərgə məhv edilib. Yaralıların olduğu bildirilir.

Bu arada İraq Türkmən Cəbhəsinin rəhbəri Ərşad Salehi sosial media hesabından olayla bağlı açıqlama verib:

"Söyləmişdik. Referendum çözüm deyil. Budur, az öncə silahlı türkmənlər ilə peşmərgə Tuzhurmatuda atışmaya başladı".


Müəllif: Nahid

Oxşar xəbərlər