Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində silahlı qarşıdurma yaşanıb.
Trend-in News.am-a istinadən verdiyi məlumata görə, bu barədə qondarma "Dağlıq Qarabağ respublikası"nın müdafiə nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Atışma nəticəsində iki erməni hərbi qulluqçusu ölüb.
Azərbaycan Müdafiə Nazirliyindən bununla bağlı şərh almaq hələlik mümkün olmayıb.