31 İyul 2014 15:49
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu Dəməşqin əl-Məliha rayonu ərazisində apardığı əməliyyatlar nəticəsində silahlıların qazdığı ən uzun tuneli aşkarlayıb.


Aşkarlanmış tunel təqribən bir km uzunluğunda və 8 metr dərinliyində qazılıb. Məlumata əsasən, tuneldə havalandırma və işıqlandırma sistemləri də quraşdırılıbmış.

Qeyd edək ki, bu tunel ordu tərəfindən aşkarlanan ən uzun tuneldir. Suriyada silahlılar tunellər vasitəsilə hökumət ordusuna dəfələrlə ağır zərblər endirib. Bu metod Hələbdə daha çox “İslam Cəbhəsi” adlanan qruplaşma tərəfindən həyata keçirilir.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər