Serbiyada Vladimir Putinin adına kafe açılıb.
Məlumata görə, Serbiyanın Novı-Sad şəhərində Rusiya Prezidentinin şərəfinə kafe açılıb.
“Putin” adlandırılan kafenin girişinə onun şəkli də vurulub.
Yerli RTS telekanalına açıqlama verən sahibkar R.Milyanoviç şəhərdə Ruspərəstlərin çoxluq təşkil etdiyini və Putinin pərəstişkarlarının çox olduğunu deyib.
/axar.az/