"Bakıya giriş-çıxışın bağlanması ilə bağlı qərar epidemiyanın yayılmasının qarşısını almaq üçündür".
Bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib:
"Bilirisiniz ki, bayramla əlaqədar rayonlara gediş-gəliş artır. Bu isə virisun yayılmasına şərait yaradır.
Bakıya giriş-çıxışın bağlanması epidemiyanın təkcə paytaxtda olması təəssüratını yartmamalıdır. Bu yanlışdır. Biz koronavirusla bağlı məlumatları ümumi çatdırırıq".