17 Dekabr 2014 10:08
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanatında qeyd olunub.

Bəyanatda deyilir: "Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzimlidir".


Müəllif:

Oxşar xəbərlər