7 İyul 2014 13:54
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP-ın sədr müavini, icra katibi, baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Mərkəzçi Demokratların (BMD) Yeni Azərbaycan Partiyası ilə əlaqədar Bakıya səfər etmiş faktaraşdırma missiyasının üzvləri ilə görüşüb.

Ə.Əhmədov YAP-ın ictimai-siyasi həyatdakı mövqeyi, qazandığı uğurlar, qarşıya qoyduğu hədəflər barədə faktaraşdırma missiyanın üzvlərinə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Avropaya inteqrasiyanı əsas hədəf kimi müəyyənləşdirib.

Beynəlxalq Mərkəzçi Demokratların faktaraşdırma missiyasının rəhbəri, Avropa Xalqları Partiyasının və BMD-nin baş katibi Antonio-Lopes İsturiz YAP bu təşkilata üzvlüyü ilə bağlı proseslərin uğurlu məcrada getdiyini nəzərə çatdırıb.

Görüşdə YAP-la Beynəlxalq Mərkəzçi Demokratlar arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. YAP-ın bu təşkilata üzvlüyə qəbul edilməsi üçün yol xəritəsinin işlənib hazırlanması qərara alınıb.

Görüşdə Avropa Xalqları Partiyasının Şərqi Avropa üzrə koordinatoru Rossello Lopes Çezar Mateo, BMD-nin vitse-prezidenti, Livanın keçmiş prezidenti Əmin əl-Cimeyyil, Avropa Xalqları Partiyasının koordinatoru Ruiz Thiery Alberto, Yunanıstanın NEA Demokratiya Partiyasının beynəlxalq katibinin müavini Maria Zianni, Avropa Xalqları Partiyasında Beynəlxalq Mərkəzçi Demokratların və Avropa Araşdırmalar Mərkəzinin icra katibinin müavini Emanuela Farris iştirak edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər