31 Dekabr 2024 21:04
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlinin Şarlottenburq rayonunda Suriya vətəndaşı yerli supermarketdə yoldan keçən iki nəfərə bıçaqla hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Şarlottenburqda qeydə alınıb.

Yerli polis hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirir. Hücum edən şəxs mağaza piştaxtasından bıçaq götürərək iki nəfəri bıçaqlayıb. Zərərçəkənlərdən birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Polis hücum edən şəxsi saxlayıb. İlkin məlumata görə, onda ruhi xəstəlik əlamətləri var.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Arzu

Oxşar xəbərlər