15 İyul 2014 14:20
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdlər İraqın şimalında ölkənin parçalanması istiqamətində yeni addımlar atmaqdadır.

Şimali İraq Kürdüstan bölgəsinin rəhbəri Məsud Bərzaninin israrı ilə referendum keçirilməsi ilə bərabər, sözdə yeni dövlətin əskinaslarının dövriyyəyə buraxılmasına da ciddi hazırlıq görülür. Əslində bu pulların layihəsi 2011-ci ildən cızılıb. Sözdə “yeni dövlət”ə məxsus əskinasların üzərində Şeyx Mahmud Bərzənci, Molla Mustafa Barzani, Qazi Məhəmməd kimi kürd siyasi liderlərinin rəsmləri və kürd motivləri yer alıb.

Kağız pullar “dırav” adlanır və üzərində “Kürdistan Mərkəz Bankı” yazısı var.

Ən düşündürücü məqam isə 200 dırav əskinasının üzərindəki xəritədir. Xəritədə Güney Azərbaycan və Türkiyənin bir çox bölgəsi, Naxçıvan Muxtar Respublikasının isə bütövü Kürdistan ərazisi kimi göstərilib.

Qeyd edək ki, Türkiyə, Güney və Quzey Azərbaycan ərazilərinin Kürdistan xəritəsi içində göstərmək yeni sayılmır. Bundan öncədə dəfələrlə belə faktlar olub və deyilənlərə görə, Məsud Barzani həmin xəritələrdən birini öz kabinetinin divarına vurub.

/Gunaztv.az


Müəllif:

Oxşar xəbərlər