21 İyul 2014 16:13
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əminəm ki, Mübariz müəllim partiyada göstərdiyi fədakar mübarizəni və fəaliyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də davam etdirəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hazırda Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran deyib.

Onun sözlərinə görə, M.Qurbanlı kifayət qədər savadlı, qabiliyyətli, öz işininin öhdəsindən gəlməyi bacaran və təcrübəli kadrdır:

“Onun yeni vəzifəsində böyük uğurlara imza atacağını bilirəm. Bu, humanitar bir sahədir, Mübariz müəllim də ixtisasına görə bu sahəyə həm yaxındır, həm də bələddir. İnanıram ki, bu şərəfli vəzifənin öhdəsində də uğurlu şəkildə gələcək”.

S.Aran komitə sədrinin birinci müavini vəzifəsində işini davam etdirəcəyini söylədi.

Qeyd edək ki, keçmiş sədr Elşad İskəndərov sədr postundan uzaqlaşdırılandan sonra onu S.Aran əvəzləyirdi.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər