Avstriyanın şimalında iki nəfərin, o cümlədən şəhər merinin qətlində şübhəli bilinən şəxsin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstriya Ali Polisi "X" səhifəsində məlumat yayıb.
Rorbah dairəsində keçirilən əməliyyat nəticəsində şübhəli şəxsin öldüyü məlum olub.
“Kurier” qəzetinin məlumatına görə, qətllərdə şübhəli bilinən şəxs şəhərin 56 yaşlı sakini Roland Drekslerin intihar etdiyi güman olunur.