3 Noyabr 13:12
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər