Misirdə avtobusun aşması nəticəsində rusiyalı turistlərin də olduğu 41 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Cairo 24" telekanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, qəza Cənubi Sinayda Ras Sudrada baş verib. Avtobusda Ukrayna , Azərbaycan və Qazaxıstan vətəndaşlarının da olduğu qeyd edilir . Zərərçəkənlər xəstəxanaya çatdırılıb.