Lənkəranda kişi meyiti aşkarlanıb.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, meyit Lənkəran şəhər Hacılar küçəsi, dalan 2 ünvanda evlərin birində aşkarlanıb.
Əldə edilən məlumata əsasən, meyiti tapılan şəxs şəhər sakini 1995-ci il təvəllüdlü Fəqan Qismət oğlu Hüseynlidir.
Hazırda Hüquq-mühafizə orqanları hadisə yerindədir.
Fakt araşdırılır.