13 Yanvar 19:28
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk axını” qaz kəmərinin Krasnodar diyarından keçən hissəsinə hücum ondan istifadə edən Avropa ölkələrinin suverenliyinə hücum kimi qiymətləndirilməlidir".

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto öz "Facebook" hesabında bildirib.

“Enerji təchizatının təhlükəsizliyi suverenlik məsələsidir, ona görə də enerji təchizatımızın təhlükəsizliyini təhdid edən hər bir hərəkət suverenliyə hücum kimi qiymətləndirilməlidir”, - nazir deyib.

Siyarto bu qaz kəmərinin Macarıstanın və Mərkəzi Avropanın qaz təchizatında əvəzsiz rolu olduğunu deyib. O qeyd edib ki, Budapeşt onun təhlükəsizliyinin və funksionallığının təmin olunmasını gözləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər