00:11
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları ölkə sərhədində siqaret qaçaqmalçılığına görə saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Bolqarıstan "Milli Radio"su Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları Serbiya ilə sərhəddə yerləşən Kalotina keçid məntəqəsində diplomatik poçt adı altında qaçaqmalçılıq yolu ilə bir neçə min qutu siqaret keçirməyə cəhd ediblər.

Məsələ ilə bağlı istintaq davam edir. Hadisə barədə Bolqarıstan Milli Televiziyası, BTV kanalı və digər KİV məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər