"ABŞ-nin yeni prezidenti Donald Trampın rəhbərliyi dövründə ölkəsinin alyansdan çıxmayacağına və Avropanı dəstəkləyəcəyinə əminəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentində çıxışında deyib.
“Mən əminəm ki, Avropa Trampın rəhbərliyi altında ABŞ-yə arxalana biləcək və ABŞ NATO-da qalacaq”, - Baş katib deyib.