13 Yanvar 23:31
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Hərbi Dəniz Qüvvələrinin zabitləri "Strava" fitnes proqramından istifadə edərək strateji nüvə silahı daşıyan sualtı qayıqdakı vəzifələri haqqında məxfi məlumatları ifşa ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbçilər adıçəkilən proqramda öz adları ilə dərc etdikləri təlim qeydlərini paylaşıblar.

Xüsusilə, hərbçilər qapalı estakada boyunca qaçış marşrutlarını dərc ediblər. Bu məlumat sualtı qayıqların yanalma yerlərini müəyyən etməyə imkan verir.


Müəllif: Arzu

Oxşar xəbərlər