“Rea”ın yarımmüdafiəçisi Anxel di Mariyanın PSJ-yə transferi gerçəkləşmək üzrədir.
Qol.Az-ın xəbərinə görə, bu haqda İspaniyanın AS qəzeti məlumat yayıb.
26 yaşlı argentinalı futbolçunun Fransa klubunda icarə əsasında oynayacağı bildirilir. Məlumata görə, bir illik icarə üçün PSJ Madrid təmsilçisinə 10 milyon avro ödəyəcək. UEFA PSJ-yə maliyyə “fair-play” qaydalarını pozduğu üçün cəza tədbiq etdiyindən onlar hələlik futbolçunu birdəfəlik ala bilmir. Lakin mövsünün sonu Paris klubu bu istəyini həyata keçirə biləcək.
Qeyd edək ki, Anxel di Mariyanın PSJ ilə beş illik müqavilə imzalayacağı, illik 8 milyon avro qazanacağı bildirilir.