FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platini tutduqları vəzifədən kənarlaşdırılıb.
"Report"un məlumatına görə, bu barədə FİFA Etika Komitəsi qərar qəbul edib.
Onların 8 il ərzində yüksək vəzifələr tutmasına qadağa qoyulub. Bundan başqa M.Platini 80 min İsveçrə frankı məbləğində cərimələnib.