10:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” evdə oynayırsa, qələbə qazanmalıdır. 3 xal əldə edə bilmədiyimiz üçün məyusam”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Neftçi”nin montenoqrolu futbolçusu Edvin Kuç Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşma haqqında danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi doğma meydanda qələbə qazanmadıqları üçün məyus olsa da, növbəti oyuna daha yaxşı hazırlaşacaqlarını bildirib: “Evdə oynayırdıq, təəssüf ki, qələbə qazana bilmədik. Meydanda hər şeyimizi qoyduq. Düzgün yoldayıq. Göstərdik ki, əlimizdən gələni edə bilirik. Oyunda üstün, topa daha hakim tərəf biz idik. Ümid edirəm ki, bu üstünlüyü sonrakı oyunlarda xeyrimizə istifadə edərik. Çünki qış fasiləsini kifayət qədər dəyərləndirərək, fiziki durumumuzu toparlamışıq. Komandamızın yığılması növbəti görüşlərə daha yaxşı hazırlaşacağımızı göstərirdi. Qarşıda bizi “Araz-Naxçıvan”la maraqlı oyun gözləyir. Samir Abasovun verdiyi tapşırıqları yerinə yetirərək, səfərdən qələbə ilə qayıtmağa çalışacağıq”.

Qeyd edək ki, “Sabah”Ia oyundan sonra "Neftçi" turnir cədvəlində 18 xalla 7-ci pillədəyə yüksəlib. "Araz-Naxçıvan"la səfər oyunu yanvarın 26-da "Liv Bona Dea Arena"da keçiriləcək.

RÖYANƏ OĞUZ


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər