5 Oktyabr 2021 01:04
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon astronomların ultra qısa orbital dövrələrə malik iki nüvəli ekzoplanetin kəşf edildiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, göy cisimləri TESS kosmik teleskopu tərəfindən toplanan məlumatların təhlili zamanı müəyyən edilib.

Rəsədxanalar tərəfindən aparılan müşahidələr zamanı planetlərin varlığı təsdiqlənib.

TOI-1634b və TOI-1685b adlandırılan ekzoplanetlər Günəşdən 114 və 122 işıq ili məsafədə yerləşən Persey bürcündəki ulduz sistemlərində yerləşir. Onların kütləsi və radiusu Günəşin təxminən 45%-ni təşkil edir.

TOI-1634b kütləsi planetimizin kütləsinin 10.1, radiusu isə 1.75 dəfə çoxdur. Ekzoplanet öz ulduzu ətrafında 0.98 günə dövr edir. TOI-1685b daha kiçikdir. Kütləsi Yerdən 3.4, radiusu isə 1.46 dəfə böyükdür. Öz ulduzu ətrafında 0.67 günə dövr edir.

TOI-1634b ultra qısa orbital dövrü olan ən böyük göy cisimlərindən biridir.

Hər iki planet atmosferlərinin gələcək spektroskopik tədqiqatları üçün ən uyğun hədəflər siyahısındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər