12 Aprel 2016 17:02
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının müsahibəsini təqdim edir:

- Niyaməddin bəy, ənənəvi olaraq radikal düşərgə, xüsusilə də Əli Kərimli yenə də dövlətçilik əleyhinə mövqeyi ilə seçildi və təmas xəttində gedən döyüşlərlə bağlı milli maraqlara zidd açıqlamalarla çıxış etdi. Sizcə, Əli Kərimlini buna təhrik edən nədir?

- Radikal siyasi düşərgədən yalnız Əli Kərimlinin mövqeyi milli maraqların əleyhinə oldu. Bu adam ilk öncə Qarabağda gedən döyüşlərin doğru olduğunu bəyan etdi. Ölkənin siyasi rəhbərliyində olan şəxslərin xalqa yönəlik çıxışlarında “Qarabağda gedən döyüşləri iqtidarlı-müxalifətli, bütün xalq dəstəkləyir” bəyanatından sonra, dərhal Əli Kərimli verdiyi bəyanatın tam əleyhinə danışmağa başladı.

Açıq şəkildə göründü ki, Azərbaycanın milli maraqlarının əleyhinə olan və həmin ərəfədə Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu əməliyyatları istəməyən bəzi beynəlxalq təşkilatlar hərəkətə keçiblər. Söhbət erməni diasporasına yaxın olan və onlara xidmət edən təşkilatlardan gedir. Əli Kərimlinin verdiyi bəyanat dərhal Ermənistan mətbuatının bir nömrəli xəbərinə çevrildi. Əli Kərimlini bütün Ermənistan qəzetləri, agentlikləri, saytları və sosial şəbəkələri tirajlamağa, yaymağa başladı.

Bu təsadüf idimi? Xeyr! Sanki bir mərkəzdən idarə olunmuş prosesi idi. Əli Kərimli bilmirdi ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Çox yaxşı bilirdi. Özünüz fikirləşin, Əli Kərimlinin verdiyi bəyanatlar əgər düşmənimiz erməniyə və onun milli maraqlarına xidmət etməsəydi, ermənilər onu öz mediasında yayardı? Onun xəbərini ölkənin 1 nömrəli xəbəri edərdi? Əlbəttə ki, yox! Elə bu arqument kifayət edir başa düşəsən ki, Əli Kərimli ermənilərə xidmət edirdi.

- Əli Kərimlinin hakimiyyət əleyhinə verdiyi açıqlamaların erməni saytlarının manşetinə çevrilməsi onu deməyə əsas verirmi ki, Əli Kərimli erməni lobbisinin maraqlarına xidmət edir?

- Əli Kərimli elə bir adamdır ki, öz şəxsi maraqları üçün düşmənə də xidmət edir. Bəli, sizinlə tam razıyam ki, bu dəfə Əli Kərimli ermənilərə xidmət etdi. Bu günə kimi, uzun illər ərzində öz liderinə, dostlarına, silahdaşlarına xəyanət edən Əli Kərimli bu dəfə Vətəninə xəyanət etmiş oldu! Şəxsən mən bunu ondan gözləyirdim.

- Bu arada gənclərin Əli Kərimlinin əleyhinə keçirilən aksiyalarını necə dəyərləndirirsiniz?

- Çox müsbət. Eşidəndə ki, bir qrup gənc Əli Kərimlinin ermənilərin maraqlarına uyğun verdiyi bəyanatına etiraz olaraq aksiya keçirmək istəyir, həmin aksiyada iştirak etmək qərarını verdim. Bilirsiniz ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı var. Bütün inkişaf etmiş ölkələrdə də bu prosesin şahidi oluruq. Hətta İngiltərə rəsmilərinin evi qarşısında aksiya keçirilir. Avropanın ən inkişaf etmiş ölkələrində bu faktla qarşılaşırıq. Normal bir aksiya oldu. Və mən gənclərlə birlikdə həmin aksiyada iştirak edib, çıxış da etdim. Aksiyadakı çıxışımda Əli Kərimliyə dedim ki, sən xaraktercə çox qorxaq adamsan. İndi özünü qəhrəman sayırsan? Yadına mərhum prezident Elçıbəyin söylədiyi fikirləri saldım.

Elçibəy deyirdi ki, insanlar yaşlaşdıqca müdrikləşir. Əli Kərimli isə 70 yaşına çatsa da, uşaq ağlında qalacaq. Hakimiyyət ehtirası ilə alışıb yanan bu uşaq bu gün də xalqı üz-üzə qoymaq istəyir. Uğurlu hərbi əməliyyatların davamı diplomatiya olmalıdır. Bu münaqişə beynəlxalq xarakter aldığından biz irimiqyaslı müharibəyə başlamaq üçün ən azı böyuk güclərin, o cümlədən Ermənistanın müttəfiqlərinin neytrallığını təmin etməliyik. Mayası satqınlıqdan yoğrulmuş bu adam indi böyük müharibədən danışır, özünu qəhrəman kimi ğöstərmək istəyir.

- Ancaq cəbhəçilər, eləcə də Gültəkin Hacıbəyli hesab edir ki, Əli Kərimliyə qarşı hücumlar, təzyiqlərin sifarişi Rusiyadan gəlir. Bu nə dərəcədə doğru yanaşmadır?

- Gültəkin Hacıbəyli çox yaxşı bilir ki, Rusiyanın layihələrində özü, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Eldar Namazov və digərləri iştirak edib. Burada deyirlər ki, adımı sənə qoyum, səni də yana-yana. Gültəkin Hacibəylidən soruşun ki, prezident seçkilərində Rusiyanın rəhbəri Putinə şanlı məktub yazan sizlər idiniz, yoxsa bu gənclər? Siz deyildiniz, “Putinə böyük demokrat” yazan?! Ayıbdır. Özü də çox ayıb. Onun hakmiyyətdə olduğu vaxt qapı-qapı düşüb bələdiyyələrdən necə və hansı yollarla torpaq aldığının canlı şahidlərindən biriyəm.


Müəllif:

Oxşar xəbərlər