9 Noyabr 00:24
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Vətən müharibəsində qazanılan Zəfərin dördüncü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Teleqraf.com xəbər verir ki, Kurtulmuşun sosial şəbəkələrdəki paylaşımında deyilir:

“Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümündə Azərbaycanı Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 44 günlük müharibədə şəhid olanların xatirəsini ehtiramla yad edir, Qarabağın azadlığı uğrunda qəhrəmancasına mübarizədə iştirak etmiş qazilərə öz ehtiramımı bildirirəm. Qarabağ Zəfərimiz mübarək, qardaşlığımız əbədi olsun!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər